Bakıda qadın naməlum şəraitdə bıçaqlanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi fərdi evdə yaşayan 1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızı yaşadığı evin vanna otağında qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.