Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı

Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı

Bakının Nizami rayonunun 8-ci km. qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Aktual.az  report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı yaşadığı binanın girişində iki naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxslər qızın boyun nahiyəsinə iki bıçaq zərbəsi endiriblər və əlindəki çantanı zorla alaraq qaçıblar. Ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR