Bakıda 25 yaşlı qadın dəm qazından boğulub.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Oksigen küçəsi 14 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Əzizli Leyla Şirəli qızı yaşadığı evin hamam otağında qazdan zəhərlənərək ölüb.
Bildirilir ki, L.Əzizli Saatlı rayonunda anadan olub və bir müddət əvvəl ailə həyatı qursa da, sonradan həyat yoldaşından boşanıb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 430 dəfə oxunub.