Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Aktual.az report-a istinadən bildirir ki, 25 yaşlı Əbil Quliyev işlədiyi mağazanın anbarında özünü kəndirlə asaraq intihara cəhd edib. Dayısı oğlanları anbara daxıl olarkən Ə.Quliyevin özünü asdığını görüb, dərhal kəndiri kəsərək onu xilas ediblər.
Ə.Quliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır.