Bakıda 23 yaşlı oğlan küçədə döyülüb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nadirov Əmrah Ramiz oğlu Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 saylı ünvanın qarşısından keçərkən tanımadığı 4 nəfər ona yaxınlaşaraq tanışı Süleymanın dostları olduğunu deyib.
Həmin şəxslər Ə.Nadirovu döyərək üzərində olan 545 manatını alıb və hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.