Bakıda 22 yaşlı gənc ağzından bıçaqlandı

Bakıda 22 yaşlı gənc ağzından bıçaqlandı

Bakıda gənc oğlan ağzından bıçaqlanıb.

Aktual.az  xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Əhmədov Tərlan Əfqan oğluna ağzının sağ nahiyəsindən bıçaqla xəsarət yetirilib. T. Əhmədov xəstəxanaya yerləşdirilib.
O, polisə ilkin ifadəsində yıxıldığını, bu zaman ağzını şüşə kəsdiyini deyib. Lakin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları T.Əhmədovun ifadəsinin yalan olduğunu üzə çıxarıblar.
Məlum olub ki, 22 yaşlı gənc mübahisə zamanı bıçaq xəsarəti alıb. Hazırda ona xəsarət etmiş şəxsin kimliyi araşdırılır. (report)
 
Aktual.az  
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR