Bakıda 22 yaşlı fəhlə liftlə tavanın arasında sıxılaraq ölüb

Bakıda 22 yaşlı fəhlə liftlə tavanın arasında sıxılaraq ölüb

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

"Report”un xəbərinə görə, hadisə yanvarın 21-də saat 12 radələrində, paytaxtın Niazmi rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, "İKMA Services” MMC tərəfindən lift quraşdırması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər 767 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR