Bakıda 21 gün əvvəl vurulan piyada xəstəxanada öldü

Bakıda 21 gün əvvəl vurulan piyada xəstəxanada öldü

Mərkəzi Klinikada ölüm hadisəsi qeydə alınıb.

Aktual.az report-a istinadən xəbər verir ki, yanvarın 10-da avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib.
1959-cu il təvəllüdlü Mehbalıyev Qələndər Mahmud oğlunun Mərkəzi Klinikada hər iki ayağı amputasiya edilib. Lakin həkimlərin səyinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Q. Mehbalıyev Sabunçu rayonu, Zabrat qəsəbəsində yolu keçmək istəyən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan sonradan Mərkəzi Kliniya aparılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR