Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlandı

Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlandı

Bakıda baş verən güllələnmə hadisəsilə bağlı cinayət işi başlanıb.


Trend-in məlumatına görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

Xatırladaq ki, dekabrın 27-də axşam saatlarında Bakının Nizami rayonu. Keşlə qəsəbəsində Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu və 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu naməlum şəxslər tərəfindən odlu silahla güllələnib.

T.Babayev 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib, A. Bağırov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR