Bakıda 18 yaşlı hamilə qadın intihar etdi

Bakıda 18 yaşlı hamilə qadın intihar etdi

Dekabrın 9-da axşam saatlarında Bakıda intihara cəhd olub.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Mehmandarov küçəsi bina 2, mənzil 18 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü 4-cü mərtəbədəki mənzilin eyvanından atıb. O, ağır vəziyyətdə “Azərsutikinti” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin araşdırma nəticəsində 18 yaşlı X.Aşurovanın qısqanclıq zəminində həyatına qəsd etdiyi məlum olub. X.Aşirovanın qohumları bildirib ki, qadının vəziyyəti ağırdır. Onların sözlərinə görə, dünən qadının bətnindəki körpə öldüyündən əməliyyatla götürülüb.

Qadının ayaqları sınıb və o, bu gün növbəti dəfə əməliyyat olunacaq.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR