Bakıda 17 yaşlı gənc küçədə bıçaqla hədələnib.
"Report”un xəbərinə görə, hadisə noyabrın 22-də paytaxın Nərimanov rayonu Təbriz küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü H.Ağayev günorta saatlarında naməlum şəxs tərəfindən bıçaqla hədələnərək mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.
Daha sonra gənc hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü İ.Nağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Xəbər 485 dəfə oxunub.