Faktla bağlı araşdırma aparılır.
Bakıda 17 sakinə məxsus evdən oğurluq edən qrup üzvləri tutulub.
Aktual.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlanıb, habelə 2 mənzildən oğurluğa cəhd göstərilib.
Bununla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.
Faktla bağlı araşdırma aparılır.