Bakıda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Aktual.az
Xəbər 459 dəfə oxunub.