Bakıda 13 yaşlı qız ana oldu

Bakıda 13 yaşlı qız ana oldu

Bakıda 13 yaşlı qız ana olub.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

K.Ağazadə deyib ki, bu barədə məlumatı 13 yaşlı uşaq özü bildirib. Qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib: "Kəmalə xala, 13 yaşım var, təcavüzdən uşağım doğulub".

Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda qız xəstəxanaya yerləşdirilib: "Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.
Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR