Paytaxt polisi içərisində külli miqdarda pul və qızıl əşyalar olan seyfi oğurlamış şəxsə qarşı əməliyyat keçirib.
Aktual.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Bakı sakini Şəhla Əhmədovanın yaşadığı evdən içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamış Tərtər sakini, əvvəllər məhkum olunmuş Tural Əzizov tutulub.