Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Aktual.az Report-a istinadla xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.
O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Xəbər 412 dəfə oxunub.