Bu gün səhər saatlarından Bakının küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində ciddi sıxlıq müşahidə edilmir.
Aktual.az bildirir ki, bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bununla belə, məlumata görə, hazırda Tbilisi prospektində (mərkəzə doğru), Abbasqulu ağa Bakıxanov küçəsində (Səməd Vurğun küçəsinə doğru), habelə Ziya Bünyadov prospektində və Bakı - Sumqayıt şossesində (paytaxta doğru) avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.