Paytaxtda təqdirəlayiq sosial təşəbbüslər həyata keçirilir.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təşəbbüsü ilə Bakıda yolların kənarlarında quraşdırılan elektron informasiya löhvələrində vətənpərvərlik şüarları yer alıb.
Lövhələrdə fonda üzərinə Azərbaycanın üçrəngli bayrağı həkk olunmuş dövlətimizin xəritəsi olmaqla "Şəhidlər ölməz, Vətən bölünməz" və "Ordumuzla fəxr edirik" şüarları əks olunub.