Bakı və Sumqayıtdakı elektrik stansiyalarının qaz təchizatı dayandırılıb.
Aktual.az xəbər verir ki, "Azərişıq"ASC Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Bununla əlaqədar olaraq, "Azərişıq" ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.
Yaranmış narahatlığa görə "Azərişıq" abonentlərindən üzr istəyir.
Xəbər 280 dəfə oxunub.