"Bakı və Moskva arasında qaz alışıyla bağlı danışıqlarda siyasi çalar yoxdur" - Məmmədyarov


"Bakı və Moskva arasında qaz alışıyla bağlı danışıqlarda siyasi çalar yoxdur".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 3 milyard kubmetr həcmində qazın alışı məsələsində Rusiya və Azərbaycanın hələ də razılaşa bilməməsi ilə bağlı sualı cavablandırarkən "Kommersant" qəzetinə müsahibəsində deyib.

"Belə düşünmək pişiyin olmadığını bilə-bilə qaranlıq otaqda onu axtarmağa bənzəyir. Bildiyim qədər, SOCAR və "Qazprom" arasında əlaqələr müntəzəm olaraq həyata keçirilir. Qiymətlər haqqında müzakirələr olur, parametrlər razılaşdırılır. Hər iki dövlət şirkəti optimal mənfəət axtarır və bu, normal prosesdir. Təchizatın həcmi ilə bağlı məsələ isə həqiqətən mövcuddur", - deyə XİN başçısı bildirib.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR