Rusiya Ermənistan və Azərbaycan tərəfləri ilə ardıcıl olaraq Laçın dəhlizi ətrafında vəziyyətin həlli üçün müxtəlif variantları müzakirə edir.
Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya tərəfi işini ardıcıl olaraq həm Bakı, həm də İrəvanla davam etdirir. Bu yaxınlarda humanitar yardımın ilk partiyası Qarabağa gedib, yeri gəlmişkən, o da Rusiya tərəfinin səyi nəticəsində təşkil olunub. Biz işləməyə davam edəcəyik. İndi də tərəflərlə müxtəlif variantlar müzakirə olunur və işlənir”, - Peskov bildirib.
Xəbər 398 dəfə oxunub.