Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı sülh sazişi imzalaya bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Röyters” Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadla məlumat yayıb.
"Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmaması lazım olan tarixi məqamdır”, - Abdullayeva bildirib.
Agentliyin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, sammitdə İlham Əliyev və Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşəcəklər.
Xəbər 411 dəfə oxunub.