Sərnişin sıxlığını nəzərə alaraq "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.
Aktual.az bildirir ki, bu barədə azvision.az-a məlumata verən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib ki, qatar hərəkətdə olanda və stansiyalarda qatarların hərəkətinə güclü nəzarət olunur:
"Bundan əlavə, yol boyu mühafizə dəstəsi var ki, onlar da müəyyən yerlərdə postlar qurularaq qatarın hərəkətini müşahidə edirlər. Qatar daxilində isə müşahidə kameraları var. Qatara minənlərin-düşənlərin hamısını qeydə alır. Təhlükəsizlik baxımından bəzi məqamları açıqlamırıq. Həmin kameralar vasitəsilə müşahidə aparılır".
Hazırda körpülərdə, stansiyalarda mühafizənin gücləndirilidiyini deyən Nadir Əzməmmədovun sözlərinə görə, qatara nəzarət edən hüquq-mühafizə orqanlarına xüsusi yoxlayıcı aparatların verilməsinə də baxıla bilər.