Bu gün saat 10:00-da Sumqayıt - Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarında problem yaranıb.
Aktual.az report-a istinadən xəbər verir ki, qatarın hərəkəti Ceyranbatan qəsəbəsi yaxınlığında dayanıb.
Qatarın maşinisti sərnişin elektrik qatarının texniki səbəbdən yolda qaldığını, daha doğrusu, güclü külək nəticəsində gərginliyin olmadığını deyib.
Xəbər 503 dəfə oxunub.