Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyul ayı ərzində 29 aptekdə yoxlama aparıb.
Bu barədə
Aktual.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, Bakıda 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.
Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Xəbər 395 dəfə oxunub.