Bakı-Şamaxı yolunda sürüşmə aktivləşib

Bakı-Şamaxı yolunda sürüşmə aktivləşib

Bakı-Şamaxı avtomobil yolunun 106 və 107-ci km-də sürüşmə sahəsi aktivləşib. 

Aktual.az-ın xəbərinə görə, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.

S.Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20-22 metr, hündürlüyü 8-12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb. 
 
Aktual.az
Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR