Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Aktual.az-a verilən məlumata görə, iyulun 21-də saat 14 radələrində Bakı şəhər sakini Ədalət Həmidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1-ci Alatava küçəsində Murad adlı şəxsin Ə.Həmidova bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Aktual.az
Xəbər 380 dəfə oxunub.