Bakı sakininə qarşı quldurluq edən şəxsə hökm oxundu

Bakı sakininə qarşı quldurluq edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı E.Vahabzadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elşən Vahabzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Bakı şəhər sakini Emil Kərimovun 2030 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Elşən Vahabzadə tutulub.
Ona Cinayət Məcəlləsinin 181 (quldurluq) maddəsi ilə ittiham verilib.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR