Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, 35 yaşlı paytaxt sakini Rauf İbrahimov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin iyun ayında Elgün adlı şəxs onu aldadaraq 80 min manat pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.