Bakı sakininə qarşı 90 min dollarlıq dələduzluq edilib

Bakı sakininə qarşı 90 min dollarlıq dələduzluq edilib

Bakıda 48 yaşlı kişiyə qarşı 90 min dollarlıq dələduzluq edilib.

Aktual.az  report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Kazımov Rasim Rəşid oğlu Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin oktyabr ayında Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Səfərov Taleh Eyvaz oğlu onu aldadaraq 90 000 ABŞ dolları pulunu alıb və geri qaytarmayıb. 
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR