Bakı sakininə qarşı dələduzluq edilib.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı 1963-cü il təvəllüdlü Mehdi Qasımov hüquq-mühafizə orqanlarına müraciət edib.
O bildirib ki, 2015-ci ilin noyabr ayında 1958-ci il təvəllüdlü İman Hüseynov onu aldadaraq ev satmaq adı ilə 65 min dollar pulunu alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Aktual.az
Xəbər 456 dəfə oxunub.