Bakıda daha bir dələduzluq hadisəsi baş verib.
Aktual.az report-a istinadən xəbər verir ki, paytaxt sakini 28 yaşlı Rahib Durmuşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin aprel ayında Neftçala rayon sakini 1987-ci il təvəllüdlü Cəlal Cəfərov adlı şəxs onun etibarından sui-istifadə edərək 117 min manat alıb, lakin indiyədək geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 490 dəfə oxunub.