Bakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb.
Aktual.az Report-a istinadən bildirir ki, Bakı şəhər sakini 48 yaşlı Rövşən Qasımov hüquq-mühafizə orqanlarına müraciət edərək 2014-cü ilin noyabr ayının 24-də 1972-ci il təvəllüdlü Dadaş Dadaşovun etibarından sui-istifadə edərək ondan 165 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları aldığını, indiyədək qızılların pulunu vermədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.