Bakı sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımovdan “AKM” markalı silah, patron darağı və 48 ədəd patron götürülüb.
Bundan əlavə, Şəki şəhər rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kənd sakinləri Vaqif Qarabəyovdan “TOZ-16”, Çingiz Umarovdan isə “İJ-28” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.