Bakı sakinindən 10 kiloqramdan artıq narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hicran Babayevdən 1 kiloqram 650 qram tiryək və 9 kiloqram 505,7 qram marixuana aşkar edilərək götürülüb.