Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1971-ci il təvəllüdlü Şahtaxtinski Əli Məhəmməd oğlunun bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Aktual.az xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
Ə. Şahtaxtinskinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:51-də başa çatıb.
Aktual.az