Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Cəlilovdan 39 ədəd saxta 20 manatlıq əskinas götürülüb.
Aktual.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “HP” markalı rəngli printer aşkar edilib.