Bakı şəhər sakinində silah-sursat aşkarlanıb.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.İsmayılzadə şəhər ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan "MC-21-12” markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.
Xəbər 505 dəfə oxunub.