Qənirə Paşayeva erməni qəsbkarlığından danışıb Parisdə

Qənirə Paşayeva erməni qəsbkarlığından danışıb       Parisdə

Millət vəkili Qənirə Paşayeva Parisdə Fransanı ədalətin və azərbaycanlı məcburi köçkünlərin yanında olmağa, Ermənistanın işğalçılıq siyasətinə sərt münasibət göstərməyə çağırıb. 

Millət vəkili Qənirə Paşayeva Parisdə Azərbaycanın Dostları Assosiasiyasının və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə hazırlanan “Qadın hüquqları, Azərbaycan dəyərləri” adlı tədbirdə Ermənistanın işğalçılıq siyasətindən, 20 ildən artıqdır evinə dönə bilməyən məcburi köçkün qadınlardan danışıb və tədbirdə çoxlu sayda fransıza üz tutaraq Fransanı ədalətin yanında olmağa  çağırıb.O deyib: "Müstəqilliyimizi qazandığımız illər Azərbaycan qadını üçün çox ağır olmuşdur. Çünki qonşu Ermənistanın Azərbaycan torpaqlaırnın 20 fazini işğal etməsi nəticəsində Ermənistandan qovulan 200 mindən artıq azərbaycanlı da daxil olmaqla 1 milyona yaxın insan öz evini, işini itirmişdi. İşğal zamanı 20 mindən çox azərbaycanlı öldürülmüş,  minlərlə qadın ailə üzvlərini, yaxınlarını itirmişdi. Yüzlərlə qadın girov götürülmüş və işgəncələrə məruz qalmışdı. Onların bir hissəsi bu işgəncələr nəticəsində həyatını itirmiş, bir hissəsi isə beynəlxalq təşkilatların dəstəyi ilə azad edilsələr də, böyük travmalar yaşamışlar. Çox təəssüf ki, bütün beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq 20 ildən artıqdır ki, 1 mliyon azərbaycanlı qaçqın və məcburi köçkün, yüzminlərlə qadın bu gün də öz evinə dönə bilmir və təbii ki, bu hamımız üçün çox ciddi bir problemdir. Biz etnik kimliyindən və dini inancından asılı olmayaraq və harada baş verməsindən asılı olmayaraq insan haqlarının bu qədər kobud şəkildə tapdalanmasına göz yummamalı və etiraz səsimizi ucaltmalıyıq və o insanlar fransız dostlardan məhz bu cür mövqe gözləyirlər hər zaman”.    

 

Millət vəkili Qənirə Paşayeva öz evini, işini itirən və 20 ildən artıqdır ki, evinə dönə bilməyən insanlarımız, o cümlədən yüzminlərlə qadınlarımızın cəmiyyətə inteqrasiyası, onların təhsili, iş yerləri, məşğuliyyəti ilə bağlı həyata keçirilərn dövlət proqramlarından da danışıb. O eyni zamanda  Azərbaycan qadınlarının fəallığının, onların bütün sahələrdə, o cümlədən dövlətin idarəçiliyində rollarının daha da artırılması,qadın haqlarının qorunması  istiqamətində görülən işlər və qəbul olunmuş qanunlar barəsində də geniş məlumat verib. Dövlət qadın siyasətinin həyata keçirilməsində  ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın  dəstəyini xüsusi qeyd edən millət vəkili Qənirə Paşayeva görülən işlərin nəticəsi olaraq Azərbaycanda qadınların bütün istiqamətlərdə rolunun getdikcə daha da artması ilə bağlı geniş məlumatlar verməklə bərabər, bu istiqamətdə həllini gözləyən məsələlər, hazırlanan proqramlar barədə də danışıb. Azərbaycanda məişət zorakılığı da daxil olmaqla qadına qarşı şiddətin bütün formaları ilə, erkən nigahlarla bağlı fəal mübarizə aparıldığı barədə danışan millət vəkili Qənirə Paşayeva çıxışını Azərbaycanın böyük şairi Hüseyn Cavidin sözləri ilə bitirib. “Qadın gülərsə şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” 


Millət vəkili tədbir iştirakçılarının bu mövzuda ona ünvanlanan suallarını da geniş cavablandırıb. 

Xəbər 1284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR