​Bakı sakini elektrik mişarı ilə ayağını kəsib

​Bakı sakini elektrik mişarı ilə ayağını kəsib

Neftçalada bədbəxt hadisə baş verib.

Rayonun Xıllı qəsəbəsinə qohumlarıgilə qonaq gedən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Zakir Məhəmməd oğlu Ağayev elektrik mişarı ilə həyətdəki ağacı kəsmək istəyərkən, ehtiyatsızlıqdan bud nahiyəsini kəsib.

Yaralı sol budunun kəsilmiş-deşilmiş yarası ilə dərhal Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlk tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.\report

Aktual.az

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR