Bakı sakini 165 min dollarlıq qızılının pulunu geri ala bilmir

Bakı sakini 165 min dollarlıq qızılının pulunu geri ala bilmir

Bakı sakini külli miqdarda pulunun mənimsənilməsi ilə bağlı polisə müraciət edib.

Aktual.Az-ın Lent.az-a istinadən məlumatına görə, 1968-ci il təvəllüdlü Qasımov Rövşən Həsənağa oğlu müraciətində bildirib ki, 2014-cü ilin 24 noyabr tarixində, tanışı, 1972-ci il təvəllüdlü Dadaşov Dadaş Ağabala oğluna 165 min dollar dəyərində qızıl zinət əşyaları verib. D.Dadaşov həmin qızılları Mərkəzi Univermaqdakı mağazada satıb pulunu verəcəyini deyib. Lakin üstündən xeyli keçməsinə baxmayaraq qızılın dəyəri ödənilməyib.

Müraciət əsasında araşdırma aparılır.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR