Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Aktual.az xəbər verir ki, məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində "Changan” və "Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər "Changan”markalı minik avtomobilində sıxılan vəziyyətdə qalan 1 nəfər yaralı və 2 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 9:00-da başa çatıb.
******
Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
Aktual.az Xəbər 458 dəfə oxunub.