Bakı polisi mənşəyi məlum olmayan 426 kq ət aşkarladı

Bakı polisi mənşəyi məlum olmayan 426 kq ət aşkarladı

Bakıda mənşəyi məlum olmayan ət aşkarlanaraq müsadirə olunub.

"Report”un xəbərinə görə, hadisə martın 4-də Nərimanov rayonun Təbriz küçəsində qeydə alınıb.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü E.Əliyevin "VAZ-2107” markalı avtomobilindən onun sərnişini, paytaxt sakini, 1999-cu il təvəlüldü M.Babayevə məxsus mənşəyi məlum olmayan 426 kq ət aşkar olunaraq götürülüb.
Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.
Xəbər 194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR