"Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı açıqlanıb.
Aktual.az bildirir ki, Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, bu ilin martın 4-də dövlət qeydiyyatına alınan Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı 500 mln. manat təşkil edir.
Qeyd edək ki, "Bakı Olimpiya Stadionu"nun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Heydər Əliyev prospekti 323-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Cavid Azər oğlu Qarayevdir.