Bakı metrosunda yeni stansiya - Foto

Bakı metrosunda yeni stansiya   - Foto

Bakı metrosunda "B-4" adlanan stansiyanın qazılması işləri başa çatıb, işlər növbəti "B-5" stansiyasına doğru davam edəcək.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, yeni tunel qazma mexanizminin quraşdırılmasına başlanılıb: “Hazırda “B-5” stansiyası istiqamətində qazma işləri davam etdirilir. “Herrenknecht” qazma kompleksinin “Bənövşəyi” xəttin “Avtovağzal” stansiyasından “Memar Əcəmi-2” stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlayıb. İndiyə kimi 4630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq “B-4” adlanan stansiyasına daxil oldu. “Herrenknecht” həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxdı. Metro inşaatçıları bu məqama xüsusi bir önəm verirlər. Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. «Herrenknecht» nəinki ölkəmizdə, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir. O, Almaniya müəssisəsinin bu tipli 599-cu məhsuludur. Biz bu gün onu «B-4» stansiyasında quraşdırılmış start kamerasında qarşıladıq. İlk dəfə idi ki, kompleksin işini kənardan müşahidə etmək mümkün oldu”.

Nəsimi Paşayev qeyd edib ki, bununla kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək: “”B-5” istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək. Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra, “Herrenknecht” yolunu “B-5” stansiyasına doğru davam etdirəcək. Yəni, növbəti stansiya “B-5””.

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR