Bakı Metropoliteninin bütün stansiyalarında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
N.Paşayev bildirib ki, sərnişinlər metroya daxil olarkən çox ciddi yoxlanılır: “Bunlar təhlükəsizlik tədbirləri ilə bağlıdır. Həyata keçirilən tədbirlərin nə vaxta kimi davam edəcəyininin konkret müddəti bilinmir. Tədbirlər metro stansiyalarının girişində sərnişin sıxlığı yaradır”.