Bakıda metro stansiyasında sərnişin ölüb.
Aktual.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 15:35 radələrində metronun "28 May" stansiyasında baş verib: "1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Xəstəyə ilkin müdaxilə edilib təcili tibbi yardım çağrılsa da həkimlər gələnə kimi həmin şəxs keçinib. İlkin ehtimala görə, onun ürək tutmasından vəfat etdiyi güman edilir".
Faktla bağlı araşdırma aparılır.
Xəbər 526 dəfə oxunub.