Bu gün Bakı Metropoliteninin "28 May" stansiyasında orta yaşlı qadın huşunu itirərək yıxılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə yerində olanlar ona kömək göstərməyə çalışıblar, lakin qadın özünə gəlməyib.
Daha sonra polis əməkdaşları tibbi yardım göstərilməsi üçün onu stansiyadan çıxarıblar.
Qadının kimliyi məlum deyil.