Bakı metrosunda oğurluq etmiş şəxs tutulub.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 8-də metronun "Gənclik" stansiyasında Bakı şəhər sakini Fəxriyyə Rəsulovaya məxsus, içərisində 258 manat və sənəd olan pul kisəsi oğurlanıb.
Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, Füzuli rayon sakini Tapdıq Namazov tutulub.
Araşdırma aparılır
Aktual.az