Məsələ ilə bağlı açıqlama verilib.
Bakı Metroplitenində Nəriman Nərimanov stansiyasında sərnişinlərdən birinin halı qəfil pisləşib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, orta yaşlı bir kişi təzyiqində yaranmış problem səbəbindən müvanizətini itirib, nəticədə qatar olmayan relslərin üstünə yıxılıb.
Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazma problemi olduğunu bildirib:
“Dərhal xilasedicilər tərəfindən oradan çıxarılıb. Vəziyyəti yaxşıdır. Onun intihar etmək niyyəti olmayıb”.
Qeyd edək ki, bəzi KİV-lərdə Nərimanov stansiyasında orta yaşlı kişinin intihar etməsi barədə məlumat yayıb.(oxuaz)
Aktual.az